Kayıtlar

Modellemeye Girişin davamı

Resim
            Salam dostlar. Uzun müddətdən sonra hazırladığım mövzunu sizlərə təqdim etmək qərarına gəldim. Modellemenin püf nöqtələri haqqında danışaq. Hələki modellemede  modellər üstündə necə işləmək olduğunu öyrənəciyik. Keçən ders yarıya qeder danışmışdıq bu haqqında. İndi bunu davam etdirək. İlk Aşağıdakı şəkilə  baxaq. Keçən postumuz da kubu bu hala getirmişdik. Amma bir az eni və uzunluğunu dəyişdim( S və xyz istiqamətində ). İndi bir az da üstündə işliyək. Select mode lar haqqında danışmamışıq. Gəlin onlar haqqında məlumatlanaq. Select mode-a keçmək üçün edit mode-a keçməliyik. Üç cür select mode- muz var . Birinci Vertex Select mode -u öyrənək. İlk öncə gifə baxaq sonra izah edək. Gif vasitəsilə Vertex select mode -un nə olduğunu anlaya bilərik.  Gördüyünüz kimi ilk öncə edit mode-a keçdik. Daha sonra select mode-u aydın görmək üçün Wireframe mode-na keçirik.  Sonra Vertex select mode-a keçirik. Bu arada Vertex Select mode-un Blender da harda olduğunu gördü

Modellemeye Giriş

Resim
Salam dostlar. Bugün Modelleme haqqında bəzi işimizə yarıyacaq maraqlı faktlar öyrənəcəyik.Və modellemede əvvəlki öyrəndiyimiz mövzulardan da istifadə edəciyik. Bu bizim üçün avantajdı .Əslində hər dəfə keçdiyimiz ilkin biliklər təkrar olunacaq. Bu da yaxşı yadda qalmamıza kömək edəcək.Və başlıyaq. İlk öncə Modellemeye giriş də nələr etməliyik, onlara fikir verək. Səhnəmiz də bir kub var , hansıki object mode dadı.  Object mode haqqında əvvəlki postlarımızın birindi qısaca demişdim. İndi bi az geniş danışmaq istərdim həm object həm də edit mode haqqında ,çünki ilk başda ən çox istifadə olunan mode lar bunlardı. Ekranımız da Blenderi həmişə açdıqda bir kamera bir  lampa və bir cisim(kub ) var, bunların hər birinə  ayrı-ayrı bütöv cisim kimi baxmağa object mode kömək edir, yəni kubun bütöv bir cisim kimi sayılır object mode da ,bu kamera və lampa üçün də keçərlidir. Lakin sonra edit mode-a keçdikdə yalnız cisim(kub) üstündə işliyə biləciyik. Edit mode cismin nöqtələrdən ibarət o

Menuların analizi və klaviaturanın əhəmiyyəti

Resim
Salam dostlar. Bugün həm menuların analizi həmdə klaviaturanın Blender da bizə nə kimi asanlıqlar  qazandırdığını öyrənə bilərik. Keçən postumuz da menular haqqında melumat vermişdik, amma  dediyim kimi Blender da menular çoxdu. Bunu bir post da danışmaq çətin olardı. Ona  görə də bugün də danışmadığım hissələr haqqında da danışmaq istəyirəm. İlk öncə digər qalan menular haqqında məlumat vermək istərdim. Tutaq ki, hazırlayacağım modulu eyni anda hər tərəfdən görmək istiyirəm daha canlı alınması üçün. Bunun üçün bir sıra görüntüləmə menular var. İndi bunu şəkil və ya gif ilə göstərəcəm. Gördüyünüz kimi hər tərəfdən modulumu istədiyim kimi eyni anda görə bilirəm. Bunu gifdə də göründüyü kimi V iew sözünün yanindaki kub şəklinə bənzəyən işarəyə vurduqda qarşımıza çoxlu seçimlər çıxır, timeline, logic editor, grafh editor və.s kimi. 3D - ə vurduqda bu istədiyimiz görüntələməni ala bilirik. Bu işarəni yadda saxlıyaq, çünki quracağımız işlər də lazım olacaq. Aşağıda sağ tərəf də

Blender menuları və analizi

Resim
 Salam dostlar. Bugünki yazımız Blender menuları haqqindadı. Keçən postumuz da Blender- in özü və açılması haqqında danışmışdıq. Və  qarşımıza şəkil çıxdığını görmüşdük.  İndi isə həmin şəklin arxasında nələrin olduğunu nəzərdən keçirdək. Şəklin arxasinda hər  hansı yerə mouse vasitəsilə vurduqda qarşımıza belə bir " işləmə pəncərəsi " çıxır. Gördüyünüz kimi bu səhifənin həm sağın da həm də solun da  çoxlu işimizə yarıyacaq köməkçilərimiz var.  Və bunların bir hissəsini izah edəcəm . Bir hissəsini dedim . Çünki hamısını izah etsəm bu post da , anlaşılmaz və yadda qalmaz .Buna əsas səbəb odur ki, Blender da  sayını bilmədiyimiz qədər köməkçilərimiz var. Bunlari izah etməzdənn əvvəl fonumuz da nə var onu deyim və şəkillər lə göstərim. Ekran da kamera  Lampa və kub və dimension- larımız var( X-istiqamətin də , Y- istiqamətin də və Z- istiqamətin də) Deməli ekranimizda nələrin olduğunu gördük.İndi solun da nələrin olduğuna baxaq. Yuxarə da file sözünü görürü

Blender-a aid İlkin Biliklər

Resim
Hər kəsə salam. Bugün  Blender-a aid sadə anlayışlar ilə tanış olacayıq. Blender da işləmək üçün  ilkin başlıqları bilməmiz çox vacibdi . Çünki təməli düzgün qoyulmayan bir şeyi dərindən öyrənmək mümkün deyil. Ona görə də bu fikirlər sadə olsa belə Blender öyrənənlər üçün çox faydalıdır. İlk başda Blender necə yüklənir , bunu öyrənək.Blender öz addresi ( Blender.org ) var ki, burda onun bir çox  növləri varvə pulsuzdur. Mən daha az yer tutan Blender növünü seçməyi məsləhət görərdim.Səbəbini Blender üstündə işləməyə başlayanda görəcəksiniz.Beləki  bəzən mürəkkəb modelləri hazır edib render etdikdə komputeriniz bəzən dəstəkləməyə bilər. Çünki günlük komputerlerimiz Blender üçün uyğun deyldir o qədərdə. Buna görə də az yer tutan üstün tutulur. Blender C, C++, Python dillərinin yazılması əsasında yaradılmışdır. Yəni Blenderla məşğul olursunuzsa , bu dillərə də baxmağı məsləhət görərdim. Blender yüklədikdən sonra  aça bilərik. Açdıqda, aşağıda gördyünüz  saytlarla dolu şəkil qarşımıza

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Salam, əziz dostlar. Mən Ayan, Blender 3D modelleme ilə məşğul oluram. Əvvəllər bunu hobbi olaraq görsəmde, indi, günlük məşğuliyyətimə çevirmişəm. Blender modelleme, yəni istənilən modeli komputer proqramı ilə canlandırma deməkdir.   Azərbaycanda Blender proqramı ilə məşğul olan insan düşünürəm ki, barmaqla sayılacaq qədərdi .   Bu blog vasitəsilə xəyalımızdakı dizaynları ,qeyri-adi kreativ modelleri , hətta dünyada olmayan insan modelleri yarada bilərik.   Blog-da mövzuları sadədən mürəkkəbə qədər bir çox terminleri ,   klaviaturada Blendere aid qısaltmaları, modellerin canlı görünməsini və başqa maraqlı dizaynları yaratmağı öyrənəcəyik. Hələki, danışacağımız mövzuların ardıcıllıgını bu şəkildə qurmuşam: ·          İlkin biliklər (Blender yüklənməsi, açılması , bəzi işləmə əməliyyatları) ·          Blender menuları və analizi ·          Klaviaturanın əhəmiyyəti ·          Modellemeye giriş ·          Texture ·          Animasiya ·          Modlar haqqında