Modellemeye Giriş

Salam dostlar. Bugün Modelleme haqqında bəzi işimizə yarıyacaq maraqlı faktlar öyrənəcəyik.Və modellemede əvvəlki öyrəndiyimiz mövzulardan da istifadə edəciyik. Bu bizim üçün avantajdı .Əslində hər dəfə keçdiyimiz ilkin biliklər təkrar olunacaq. Bu da yaxşı yadda qalmamıza kömək edəcək.Və başlıyaq.

İlk öncə Modellemeye giriş də nələr etməliyik, onlara fikir verək.
Səhnəmiz də bir kub var , hansıki object mode dadı.  Object mode haqqında əvvəlki postlarımızın birindi qısaca demişdim. İndi bi az geniş danışmaq istərdim həm object həm də edit mode haqqında ,çünki ilk başda ən çox istifadə olunan mode lar bunlardı.

Ekranımız da Blenderi həmişə açdıqda bir kamera bir  lampa və bir cisim(kub) var, bunların hər birinə  ayrı-ayrı bütöv cisim kimi baxmağa object mode kömək edir, yəni kubun bütöv bir cisim kimi sayılır object mode da ,bu kamera və lampa üçün də keçərlidir. Lakin sonra edit mode-a keçdikdə yalnız cisim(kub) üstündə işliyə biləciyik. Edit mode cismin nöqtələrdən ibarət olduğunu göstərir.
Və ancaq cismə tətbiq edilir. Edit mode da cisim necə olur ona baxaq.

Gördüyünüz kimi cismin hər yeri , hər bir nöqtəsi seçilib. Bəs bütün nöqtələrin  seçilməməsini necə edə bilərik. Bunu göstərim.
Bunu necə oldu. Onu deyim . Yenə klaviaturının köməyindən istifadə etdik. Sadəcə A hərfinə basmaqla seçili olan nöqtələri seçməməyə, yada seçili olmayanları seçmək üçün istifadə edə bilərik.

İndi cismi ekranımızda istədyimiz tərəfdən, istədiyimiz şəkildən necə görüntülüyə bilərik ona baxaq.
Yenə şəkilləri nəzərdən keçirdək sonra izah edək.
İlk şəkil.

Bu ortoqnal görünüşdü.Burda kub fikir verdinizsə, əzilmiş kimi görünür.Bunu Num- dan 5-ə basmaqla edə bilərsiniz. 7-yə basmaqla isə persektive görünüşə keçir . Şəkillərə baxaq.


Birdə kameradan görünüşü necə əldə bilərik, çox sadə. 0(Sıfır)-a basmaqla kameradan görünüş əldə edirik.Şəkili nəzərdən keçirdək.

Və təkrarən sıfıra basdıqda əvvəlki görüntü ,yəni ekranımıza qayıdırıq.


Gəlin indi kubun üstündə bir az oynuyaq. İlk öncə gifə baxaq.



Gördüyünüz kimi ilk cismin üstündə işliyəcəyimiz üçün edit mode -a keçirik.  Və sonra S(scale)ilə böyüdürük. Hansı istiqamətdə istəsəniz böyüdə , kiçildə bilərsiniz (X,Y,Z istiqamətinə basmaqla)..

Bu postumuzda Modellemeye giriş haqqında bi az danışdıq. Gələn postumuz da modelleme haqqında davam edəciyik.
Ümidvaram ki, bəyəcəksiniz, Növbəti postumuz da görüşənədək.
Hələlik.


















Yorumlar

Bu blogdaki popüler yayınlar

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Menuların analizi və klaviaturanın əhəmiyyəti

Modellemeye Girişin davamı