Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.


Salam, əziz dostlar. Mən Ayan, Blender 3D modelleme ilə məşğul oluram. Əvvəllər bunu hobbi olaraq görsəmde, indi, günlük məşğuliyyətimə çevirmişəm. Blender modelleme, yəni istənilən modeli komputer proqramı ilə canlandırma deməkdir.  Azərbaycanda Blender proqramı ilə məşğul olan insan düşünürəm ki, barmaqla sayılacaq qədərdi .  Bu blog vasitəsilə xəyalımızdakı dizaynları ,qeyri-adi kreativ modelleri , hətta dünyada olmayan insan modelleri yarada bilərik.
 Blog-da mövzuları sadədən mürəkkəbə qədər bir çox terminleri ,  klaviaturada Blendere aid qısaltmaları, modellerin canlı görünməsini və başqa maraqlı dizaynları yaratmağı öyrənəcəyik. Hələki, danışacağımız mövzuların ardıcıllıgını bu şəkildə qurmuşam:
  • ·         İlkin biliklər (Blender yüklənməsi, açılması , bəzi işləmə əməliyyatları)
  • ·         Blender menuları və analizi
  • ·         Klaviaturanın əhəmiyyəti
  • ·         Modellemeye giriş
  • ·         Texture
  • ·         Animasiya
  • ·         Modlar haqqında

Bu kimi asan anlayışları öyrəndikdən sonra Blender da mürəkkəb modellərin hazırlanması haqqında məlumatlar əldə edəciyik. Bu yolda bəzi gözə görünməyən “trick”lərdə var . Düşünürəm ki, maraqlı olacaq.
Ardınca MakeHuman , HomeDesign , CharacterCreation  kimi bir çox interesting məlumatları analiz  edəcəyik .
Və daha bir çox kreativ modellər.
Blender da əsas məlumatları sizlər üçün qurdum .Anlayışları danışdıqca bəzən mövzudan kənar (Blender-a aid) məlumatlarda vərəcəm.
Əgər kiminsə mövzular haqqında müsbət və mənfi fikirləri varsa , xahiş edirəm , bildirsin, bütün təkliflərə açığam . Əsas budur ki, çox insan  görsün , məlumatlansın və  öyrənsin.

Yorumlar

  1. Blender öyrənməyə imkan edə bilmirdim. Ümid edirəm bu blogla rahat rahat öyrənə biləcəm. Uğurlar çoxlu

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Menuların analizi və klaviaturanın əhəmiyyəti

Modellemeye Girişin davamı