Modellemeye Girişin davamı

            Salam dostlar. Uzun müddətdən sonra hazırladığım mövzunu sizlərə təqdim etmək qərarına gəldim. Modellemenin püf nöqtələri haqqında danışaq. Hələki modellemede  modellər üstündə necə işləmək olduğunu öyrənəciyik. Keçən ders yarıya qeder danışmışdıq bu haqqında. İndi bunu davam etdirək.


İlk Aşağıdakı şəkilə  baxaq.


Keçən postumuz da kubu bu hala getirmişdik. Amma bir az eni və uzunluğunu dəyişdim(S və xyz istiqamətində). İndi bir az da üstündə işliyək.

Select mode lar haqqında danışmamışıq. Gəlin onlar haqqında məlumatlanaq. Select mode-a keçmək üçün edit mode-a keçməliyik. Üç cür select mode- muz var.

Birinci Vertex Select mode -u öyrənək. İlk öncə gifə baxaq sonra izah edək.

Gif vasitəsilə Vertex select mode -un nə olduğunu anlaya bilərik.  Gördüyünüz kimi ilk öncə edit mode-a keçdik. Daha sonra select mode-u aydın görmək üçün Wireframe mode-na keçirik.  Sonra Vertex select mode-a keçirik. Bu arada Vertex Select mode-un Blender da harda olduğunu gördük.
Vertex Select mode- da biz cisimdəki her bir nöqtəni seçə bilərik. Ancaq  eyni anda bir neçə nöqtələr də seçə bilərik. Yenə burda klaviaturanın köməyindən istifadə edirik. İlk Vertex Selecti seçirik . Və mouse-nin sağ düyməsini basaraq cismin istədiyimiz nöqtəsini seçirik. Digər nöqtələri də eyni anda seçmək istəyiriksə, bir barmağımız Shift düyməsinə basılı olaraq qalmalıdı.


İkinci Edge Select. Gifi izliyək.


Edge Select- kənarları seçirik.Yenə eyni anda bir neçə kənarı seçmək üçün bir barmaığımız Shift düymesinə basılı qalır.

Üçüncü və sonuncu  Face Select mode üçün gifə baxaq.



Face Select- üzü seçirik. Və Shift basaraq  eyni anda bir neçə üzü seçirik.

İndi bi az da cisim üstündə oynuyaq. Əvvəlki postlarımızda Mesh tools-dakı köməkçilərin bəziləri haqqında danışmışdıq. Gəlin digərləri haqqında da danışaq.

Aşağıdakı Gifə baxaq.


Burda nə etdik onu deyim. Burda Shrink/Fatten tool-dan istifadə etdik. Gördüyünüz kimi böyütmənin bir növüdü .Fərqi daha yaxşı görmək üçün Select mode-dan kənarı seçib Shrink/Fatten düyməsinə basırıq.
Digər böyütmə növünə də baxaq.

Digər böyütmə növü  Pull/Push un böyütmə növünə baxdıq.  Bu növdə  yalnızca seçdiyimiz hissəni böyüdür. Sözün ingilicə mənasından da tuta bilərik. Yəni seçilmiş hissəni tutub dartıb çəkirik.
(Bu arada ingiliscə bilməkdə burda bizə kömək edir. tool-ları daha tez tapa bilirik) .

İndi Subdivide haqqında danışaq. Bölümlərə, xanalara ayırmaq istiyiriksə, bu alətdən istifaə edə bilərik.

Gifdə də olduğu kimi cismin  istədiyimiz tərəfini bir neçə bölümlərə ayırmaq istiyiriksə, subdivide bölməsinə basırıq. Və dört yerə bölünür seçilmiş hissə.  Lakin bu xanaları artırmaq istiyə bilərik. Gördüyünüz kimi subdivide basdıqda aşağıda subdivide bölməsi açılır. Number of cuts bölməsi var, bu bölmə ilə sayıları artırıb-azaltmaqla bizə lazım olan xanalar qədər artıra bilərik.
Digər Subdivide bölmələrini izliyək.

Burda smooth hissəsinin fərqini görmənizi istədim .Əslində bu aləti kürə düzəltmək istədikdə istifadə etmək olar.

Digər tool-lara baxaq.



Burda Fractial ilə büzüşdürə bilərik. Yəni formasını dəyişdirə bilərik. Random seed - də formasını dəyişir həmçinin, amma təsadüfi olaraq seçib dəyişir.

Lakin təkcə subdivide proqramı ilə bölmək olmur.  Subdivide eyni ölçüdə bölür.Amma biz əgər fərqli ölçüdə istiyiriksə özümüz bölək öz əllərimiz ilə. Bunun üçün Loop cut and slide tool-dan istifadə edə bilərik.

Bu postumuzda modelleme üzərində hansı dəyişikliklər edə bilərik , onları göstərməyə çalışdım. Bütün postlarım da gif lərdən çox istifadə edirəm və edəcəm.Çünki düşünürəm ki, Blenderi təkcə yazı ilə öyrənmək və anlamaq çətin olacaq. Buna görə də Giflərimindən istifadə edirəm.Bir növ giflər yazılarıma tərcüməlik edir.
Ümidvaram ki,xoşunuza gələcək.
Hələlik.













Yorumlar

Bu blogdaki popüler yayınlar

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Menuların analizi və klaviaturanın əhəmiyyəti