Blender menuları və analizi

 Salam dostlar. Bugünki yazımız Blender menuları haqqindadı. Keçən postumuz da Blender- in özü və açılması haqqında danışmışdıq. Və  qarşımıza şəkil çıxdığını görmüşdük.

 İndi isə həmin şəklin arxasında nələrin olduğunu nəzərdən keçirdək. Şəklin arxasinda hər  hansı yerə mouse vasitəsilə vurduqda qarşımıza belə bir "işləmə pəncərəsi " çıxır.
Gördüyünüz kimi bu səhifənin həm sağın da həm də solun da  çoxlu işimizə yarıyacaq köməkçilərimiz var.  Və bunların bir hissəsini izah edəcəm . Bir hissəsini dedim . Çünki hamısını izah etsəm bu post da , anlaşılmaz və yadda qalmaz .Buna əsas səbəb odur ki, Blender da  sayını bilmədiyimiz qədər köməkçilərimiz var. Bunlari izah etməzdənn əvvəl fonumuz da nə var onu deyim və şəkillər lə göstərim.

Ekran da kamera 
Lampa
və kub və dimension- larımız var( X-istiqamətin də , Y- istiqamətin də və Z- istiqamətin də)

Deməli ekranimizda nələrin olduğunu gördük.İndi solun da nələrin olduğuna baxaq.
Yuxarə da file sözünü görürük, burdan yeni səhifə yüklüyə bilərik, sonra düzəltdiyimiz bir modeli, dizaynı komputerimizə yüklüyə bilərik və.s.  File nn yanında add görürük. Add sözünə vurduqda bir çox seçimlər qarşımıza çıxır, hansı ki, ekranımıza asanlıqla yüklüyə bilərik və istəsək kameramızı, lampamızı dəyişə bilərik. Əslində kamera və lampa böyük rol oynuyur. Çünki səhnə də hazırladığımız render(indi izah edəcəm) olunduqda cismin görüntüsü işıq və kameradan çox aslıdır.
Add-n yanında render sözü var.
Render nə üçündür, aydınlaşdıraq bunu. Göründüyü kimi ekranda  3D şəklində dir.Render vasitəsilə biz cismi kameradan görə bilirik.Və həmçinin cismin rengini , işıqlanmasınıda(ekrandaki lampa ilə) görürük. Render image ilə yanaşı render animation var. Bu nə işə yarıyır bəs,bir qısa video  çəkdik də istifadə edə bilərik və aşağıda da bunun üçün timeline var.

Sol da object tool lar var. Bunlar obyektlərimizin ölçülərini , hərəkətlərini dəyişməyə kömək edir.
Məsələn, translate- sərbəst şəkildə hərəkətinə kömək edir, rotate- fırlatmağa kömək edir, dublicate objects var- hansıki bir obyektdən bir neçə dənə kopyalamağa edə bilərik. Və aşağıdakı şəkildə bu və bunun kimi saysız işimizə yarayan tool lar var.


Sağ da isə yenə bizə lazım olacaq menu lar var. Yuxarı sağ da scene görürük, burda səhnəmizdə olan cisimləri göstərir kamera, lampa,  üstündə işləyəcəyimiz cisimlər kimi. Burda cismimizi necə rəngləndirə bilərik , fonunu necə qura bilərik , buna aid çoxlu işləyicilərimiz var. Bir neçəsini deyim . Məsələn world seçimi bütöv səhnəmizi nəzərdə tutan bir seçimdir , cismin səhnədə hansı qatda yerləşdiyini görə və dəyişə bilərik, material-cismimizin  üz hissəsinin necə bir növə mənsub olduğunu təyin edə bilərik.Particles- yəni hissəsciklər deməkdir, bu bizə bir çox cisimdə kömək edəcək  , insana saç qoymaq istədikdə, və ya dekorasiyalar əlavə edə bilərik, daha sonra bir çox hərəkət növləri var, məsələn, cloth-  render animation da cismimizin geyim kimi hərəkətini göstərir, fluid-axın kimi suyun axışı kimi. wind və.s. Aşağıda sağ tərəfdə duran menularımızın şəklinə baxa bilərik.


Blender da gördüyünüz kimi çoxlu saysız düymələr var.Bunlarən bəzilərini izah etməyə çalışdım.
Ümidvaram ki, xoşunuza gələcək. Gələn postumuzda hem digər menular haqqında hem de klaviatura ilə necə işimizi asanlaşdıra bilərik o haqda yazacam .
Gələn post da görüşənədək.
Hələlik.


















Yorumlar

Bu blogdaki popüler yayınlar

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Menuların analizi və klaviaturanın əhəmiyyəti

Modellemeye Girişin davamı