Menuların analizi və klaviaturanın əhəmiyyəti

Salam dostlar. Bugün həm menuların analizi həmdə klaviaturanın Blender da bizə nə kimi asanlıqlar  qazandırdığını öyrənə bilərik. Keçən postumuz da menular haqqında melumat vermişdik, amma  dediyim kimi Blender da menular çoxdu. Bunu bir post da danışmaq çətin olardı. Ona  görə də bugün də danışmadığım hissələr haqqında da danışmaq istəyirəm.

İlk öncə digər qalan menular haqqında məlumat vermək istərdim.
Tutaq ki, hazırlayacağım modulu eyni anda hər tərəfdən görmək istiyirəm daha canlı alınması üçün. Bunun üçün bir sıra görüntüləmə menular var. İndi bunu şəkil və ya gif ilə göstərəcəm.


Gördüyünüz kimi hər tərəfdən modulumu istədiyim kimi eyni anda görə bilirəm. Bunu gifdə də göründüyü kimi View sözünün yanindaki kub şəklinə bənzəyən işarəyə vurduqda qarşımıza çoxlu seçimlər çıxır, timeline, logic editor, grafh editor və.s kimi. 3D- ə vurduqda bu istədiyimiz görüntələməni ala bilirik. Bu işarəni yadda saxlıyaq, çünki quracağımız işlər də lazım olacaq.

Aşağıda sağ tərəf də mode - lar var. Əgər  ekranımızdakı hər modelə ayrı- ayrı baxmaq istiyirik sə,  object mode dan istifadə etməliyik.  Lakin  üstündə işliyicəyimiz cismi seçib edit mode -ə keçdikdə     bu zaman digər cisimlərə(kamera, lampa, və.s) toxuna bilmirik. Ancaq seçdiyimiz cismə baxırıq. Cisimlər üstündə işlədikcə mode- ları daha yaxşı başa düşəciyik.

Həmin mode lərin yanında viewport shading düyməsi var. Bunu hərfi tərcümə etsək , o qədər də anlaşıqlı olmaz. Bəs bu bizim nə işimizə yarıyır, onu deyək. Yenə burda bizim üçün seçimlər var. Məsələn Solid -bu cismə baxdıqda  arxa tərəfini görə bilmirik , gəlin şəklə baxaraq daha yaxşı başa düşək.
Gördüyünüz kimi bərkidilmiş " buz parçasına bənziyir". Sonra wireframe- tor kimi görünür, yəni sadəcə tillər var , və bunun sayəsində  içini hər yerini aydınlıqla görə bilərik. Şəklinə baxdıqda daha aydın olacaq .

İndi isə  klaviaturanın əhəmiyyəti haqqında danısaq. İlk öncə mouse -ni deyim. Məsələn, mousun topu ilə  ekranı həm böyüdə , həm də kiçildə bilərik. Mouse- nin sağ tərəfi ilə sol tərəfinin fərqi var. Sağ tərəfi ilə tutub hərəkət etdirib yerini dəyişdikdə yenə eyni əvvəlki yerinə gəlir, ama sol tərəfi ilə edib yerini dəyişdikdə elə yeni yerinə keçir . Bunu gif ilə göstərim.

İlk sağ ilə, sonra sol ilə etdim. Fərqini  belə daha aydın anlıya bilərik.Deyə bilərsiniz ki, bu bizdə nəyə kömək edəcək . Onun üçün də bir gif düzəldim və aydınlaşdıraq gif üstündə.

İndi izah edək. İlk öncə edit mode -a keçdim ki, istədiyim ki , şəkil verim, sonra sağ ilə tutdum kubun bir tərəfindən və istədiyim şəkli verdim , istədiyim  şəkil də qalsın deyə sol ilə vurdum və elə yeni şəklində qaldı. Əvvəlki halına gəlsin deyə Ctrl+Z(klaviaturanın əhəmiyyətlərindən biri) -a basırıq sonra yenə sağ ilə tutub istədiyim şəklə salıram və sağ ilə vurduqda əvvəlki halına qayıdır.
Buna çox diqqət etmək lazımdır(mouse -in sağ ve sol tərəfi) , çünki mürəkkəb modellər də buna fikir verməsək böyük bir əziyyəti itirmiş olub tezdən başlamağa məcbur ola bilərik.


İndi isə bir az klaviaturanın bizə nə kimi asanlıqlar gətirir, ondan danışaq.Keçən postumuz da menular haqqında izah etmişdik. indi onları klaviatura da görək. Translate sözü haqqında melumat vermişdik istədyimiz kimi hərəkət etdirmək -bunu klaviaturada G hərfinə basmaqla da etmək olar. Birdə translate -i axtarmaqla vaxt itirmiyək .Aşağidaki gifə baxaq.

Sonra rotate sözünə baxaq- istədiyimiz kimi fırlada bilərik.Bunu  klaviaturada sadəcə R hərfinə basmaqla edə bilərik. Gif də bunu daha aydın görə bilərik.


Scale sözü - cismi kiçildə və böyüdə bilərik. Klaviatura da isə sadəcə S hərfinə basmaq yetərlidi. Gif də bunu görə bilərik.


Duplicate objects- cisimləri kopyalamaq - bunu klaviaturada Shift+D ilə edə bilərik. Gif də bunu aydınlaşdıraq.

Bəs sadəcə D hərfinə vursaq nə olar . Gif də baxaq.

Gördüyünüz kimi mouse nin işarəsini qələmə çevirə bilirik. Sadəcə D hərfinə basıb mouse -in sol tərəfi ilə istədiyimizi edirik.


Bu post da menu lardan, mouse dən və bir az da klaviatura dan danışdıq. Bu mövzular haqqında öyrənəcəyimiz məlumatlar hələdə var.  Lakin hamısını birdın öyrənmək çətin olacağını düşünüb gələn postlarım da təbii ki, davam etdirəcəm.Klaviatura da demək olar ki, hər hərfin , işarənin bir əhəmiyyəti var. Deyə bilərsiniz ki, bu qədər işarə necə yadda qalacaq . Məndə öyrənməyə başlıyanda eyni ilə belə deyirdim. Amma inanın ki, işlədikcə yadda qalır. Yəni üstündə işləmək lazımdır, çoxlu praktika vacibdir.
Ümidvaram ki, xoşunuza gələcək, gələn postumuz da görüşənədək.
Hələlik.




Yorumlar

Bu blogdaki popüler yayınlar

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Modellemeye Girişin davamı