Blender-a aid İlkin Biliklər

Hər kəsə salam. Bugün  Blender-a aid sadə anlayışlar ilə tanış olacayıq. Blender da işləmək üçün  ilkin başlıqları bilməmiz çox vacibdi . Çünki təməli düzgün qoyulmayan bir şeyi dərindən öyrənmək mümkün deyil. Ona görə də bu fikirlər sadə olsa belə Blender öyrənənlər üçün çox faydalıdır.

İlk başda Blender necə yüklənir , bunu öyrənək.Blender öz addresi (Blender.org) var ki, burda onun bir çox  növləri varvə pulsuzdur. Mən daha az yer tutan Blender növünü seçməyi məsləhət görərdim.Səbəbini Blender üstündə işləməyə başlayanda görəcəksiniz.Beləki  bəzən mürəkkəb modelləri hazır edib render etdikdə komputeriniz bəzən dəstəkləməyə bilər. Çünki günlük komputerlerimiz Blender üçün uyğun deyldir o qədərdə. Buna görə də az yer tutan üstün tutulur.

Blender C, C++, Python dillərinin yazılması əsasında yaradılmışdır. Yəni Blenderla məşğul olursunuzsa , bu dillərə də baxmağı məsləhət görərdim.

Blender yüklədikdən sonra  aça bilərik. Açdıqda, aşağıda gördyünüz  saytlarla dolu şəkil qarşımıza çıxır. Burda Blender-a aid linklər ilə qarşılaşırıq (Python, ed.blend kimi).


Blender elə proqramdı ki, tez -tez yeni operatorlar , dəyişikliklər əlavə olunan proqramdır.Buna görə də, tez-tez güncəlləməkdə(yeniləməkdə) fayda var.

İlkin anlayışlarla bağlı öyrənəcəyimiz melumatlar düşünürəm ki, bu qədər kifayətdir. Bu məlumatla ilk təməlimizi qurmuş saya bilərik.
Ümidvaram ki, bəyənəcəksiniz. Növbəti postumla görüşənədək.
Hələlik.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Blender Azərbaycan bloguna xoş gəlmişsiniz.

Menuların analizi və klaviaturanın əhəmiyyəti

Modellemeye Girişin davamı